Şuşa +10 °C  
Azərbaycana daha 5 minaaxtaran it gətirilib

Azərbaycana daha 5 minaaxtaran it gətirilib

"Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün daha 5 təlim keçmiş it gətirilib".Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, 2021-ci idə ABŞ-ın Marşal İrsi İnstitutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır.

"Bundan əlavə yenə ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.