Türkiyə Respublikasının Konya şəhərində
keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas
mərhələsi başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat
verilib.
Təlimin ilkin mərhələsində təyin olunmuş plana
uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan
tapşırıqlar çatdırılıb.
Ssenariyə əsasən əvvəlcə şərti düşmənin hava
hücumundan müdafiə vasitələri susdurulub.
Hava üstünlüyü əldə edildikdən sonra
təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava
məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin
yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.
Dumanlı Şuşa