Şuşa +10 °C  
Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışlı təlim keçirilib

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışlı təlim keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.