Şuşa +11 °C  
Laçının yolları gecələr işıq saçır

Laçının yolları gecələr işıq saçır

Dağlar qoynunda yerləşən Laçın şəhəri 30 ilə yaxın düşmən əsarətində qalsa da, əzəmətini itirmədi və öz doğma sahiblərini gözlədi. İndi azad Laçın gündən-günə gözəlləşir.

Laçında aparılan tikinti-bərpa işləri sürətlə davam edir. Şəhərin işıqlandırılması da xüsusi nəzarətdə saxlanılır. Şəhərdaxili yolların, məhəllələrin çilçırağı Laçının gecələrinə işıq saçır. Şəhərin yollarına yüksək nöqtədən nəzər saldıqda, sanki qızılı rəngə boyanmış çay təsvir olunub.