Əlahiddə
Ümumqoşun Ordunun xüsusi təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
Culfa rayonunun Gal kəndindən
hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu
Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz
xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını
dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər.
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən lövhəni qaya üzərində bərkidiblər.