Vətən müharibəsində iki ayağını da itirmiş qazi Polad Rzayev ulu öndər
Heydər Əliyevin adını daşıyan zirvəyə qalxıb.
Bu barədə o, instaqram
hesabında paylaşım edib.
P.Rzayev ulu öndər Həydər
Əliyevin 100 illik yubileyi münasibətilə zirvəyə qalxdığını bildirib:
“Mən 1-ci Qarabağ müharibəsi
şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını
itirmiş qazi Polad Rzayev bu zirvəyə
gəlişimi bütün şəhid qardaş-bacılarıma həsr edirəm.
Eyni zamanda mən bura təkcə
Polad adından deyil bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi Heydər
Əliyev zirvəsindən bütün qazilər adından üzümü həm Azərbaycanlılara, həm də
dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və
mənim kimi minlərlə
oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan keçərək bütün zirvələri qət etməyə hazırıq”.