Mayın 10-u axşam saatlarında Ermənistan silahlı
qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən
mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı
silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Müdafiə
Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı
hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan
tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi
barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat
törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab
tədbirləri görülüb.
Qəsdən
törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür.