Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı
qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod
istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini
minaatanlardan atəşə tutur.
Müdafiə
Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri
cavab tədbirləri görülür.