Ermənistan silahlı qüvvələri bölmələrinin
qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Bu barədə Azərbaycanın Müdafiə
Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri
tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin
nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun
yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda
qeyd olunub.
Dumanlı Şuşa