Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod
istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin Ermənistan silahlı
qüvvələri bölmələrinin hərbi infrastrukturunu məhv edib.
Bu barədə “Caliber.az” videogörüntülər
yayıb.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod
istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini
müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb
müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son
qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə
baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan
Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Bundan başqa, təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.