Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları
xəbərdaredici nişanların göstəricilərinə əməl etməyə çağırıb.
İnsanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə
hərəkət etdikdə diqqətli olmalıdırlar. “Belə ki, vətəndaşlar çarpaz qoyulmuş
çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış
qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri,
torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan
üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq
durmalıdırlar”, -müraciətdə deyilir.
Dumanlı Şuşa