Şuşa +9 °C  
Qayıdış proqramında 200-dən çox Laçınlı quruculuq-abadlıq işlərinə cəlb olunub

Qayıdış proqramında 200-dən çox Laçınlı quruculuq-abadlıq işlərinə cəlb olunub

Qayıdış proqramında 200-dən çox Laçın sakini işlərə cəlb olunub. Onlar Laçında həyata keçirilən quruculuq-abadlıq işlərində iştirak etmək üçün könüllü olaraq müraciət ediblər. Həmin şəxslər bu gün öz ata-baba yurdlarında Qayıdış proqramına əsasən quruculuq işlərində çox yüksək səviyyədə, yaxından iştirak edirlər.

Bu sözləri  Laçında həyata keçirilən layihələr üzrə iş icraçısı Elnur Abdullayev deyib.

E.Abdullayev bildirib ki, Prezident İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Qorçu və Şəlvə kəndlərinin təməlqoyma mərasimində iştirak etdi. Laçın sakinlərinin Qayıdış proqramında işlə təmin olunması Prezidentin diqqət mərkəzindədir. Bununla bağlı Aqro və Sənaye Parkında 40-dan çox iri və xırda müəssisələrinin tikintisi işləri aparılır. Burada mebel, tekstil istehsalı və digər müəssisələr qurulur. Artıq ilkin mərhələ olaraq işlərin böyük bir qismi aparılıb. Buradakı müəssisələrdə 1000-dən çox Laçın sakininin işləməsi nəzərdə tutulub.

“Laçın şəhərində artıq 20 ailə yerləşdirilib. Laçın öz sakinlərini qəbul etməyə hazırdır. Mərhələli şəkildə bu insanların yerləşdirilməsi işləri aparılır. İnsanlar da çox məmnun və çox razıdırlar. Sakinlərin adaptasiya olmaları üçün onlar davamlı olaraq diqqət mərkəzində saxlanılır”, – deyə Elnur Abdullayev bildirib.