“Sus və Zabuğa qayıdışla bağlı
tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir”.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında
deyib.
Onun sözlərinə görə, Dünya Bankı ilə Dövlət
Komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi
köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq: “Dövlət Komitəsi
bütün imkanlarından istifadə edəcək ki, həqiqətən də sözün əsl mənasında
məcburi köçkünlərə tutarlı yardımlar göstərilsin”.
R.Rzayev söyləyib ki, hazırda Laçına
növbəti köçlə bağlı hazırlıq işləri gedir: “Cənab Prezident tərəfindən tapşırıq
verilən kimi dərhal icra ediləcək”.
Prezident İlham Əliyevin sentyabr ayında
Sus və Zabuğa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan qurum sədri əlavə
edib ki, bu gün həmin tapşırıqlar icra olunur: “Ehtimal ki, qayıdışla bağlı
tapşırıqlar avqust ayında həyata keçiriləcək”.
R.Rzayev vurğulayıb ki, Prezident İlham
Əliyevin tapşırığına əsasən məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən
kəndlər, rayonlar tikilir: “Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük
məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma
rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında
verilən tapşırıqların hamısını əlindən gəldiyi qədər icra etməyə hazırdır.
Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri
ilə həyata keçirilir və keçiriləcək”.