"Caliber"in
məlumatına görə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Laçın
sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Atəş əks
istiqamətdəki erməni postundan məhz Azərbaycanın dövlət bayrağının hər gün
qaldırılma mərasimi zamanı həyata keçirilib.
Düşmən atəşi nəticəsində
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Hərbçimizin vəziyyəti stabil olaraq qiymətləndirilir, lazımi bütün tibbi
xidmətlər göstərilir.
Hazırda vəziyyət
bölmələrimizin nəzarəti altındadır, atəş açdıqdan sonra erməni hərbçiləri öz
postlarını tərk ediblər.
Bu yolverilməz hadisə
Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür. Bu Laçın
sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti üçün problem yaratmayıb, Azərbaycanın
məntəqəni müdafiə etmək üçün kifayət qədər resursları var. Lakin açıq-aşkardır ki,
sərhəd-buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni narahat edir.
Dumanlı Şuşa