Qarabağ və Şərqi Zəngəzurda dördgünlük
səfərdə olan beynəlxalq səyyahlar Şuşa şəhərində olublar.
onlar Azərbaycanın mədəniyyət paytaxtında
bir sıra tarixi abidələri ziyarət ediblər.
Səyyahlara Şuşanın tarixi, işğal dövründə
burada törədilmiş vandalizm və hazırda həyata keçirilən bərpa və yenidənqurma
işləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, iyunun 14-də beynəlxalq
səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.
Səyyahların 4 günlük səfər müddətində
Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa
avtomobil yolunun marşrutu üzrə hərəkət etməsi qərara alınıb.
Səfər dünyaca məşhur MTP (Most Traveled
People) təşkilatı tərəfindən təşkil olunur.