Şuşa +8 °C  
Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir.Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.

Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq.

Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.