Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə
yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan
dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə
sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət
olunub.
Test imtahanı
mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq.
Qeyd edək ki,
ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35
faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.