Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu,
görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi
münasibətilə layihənin icrasına start verib.
Medianın
İnkişafı İctimai Birliyindən bildiriblər ki, layihənin məqsədi “Heydər
Əliyev İli” çərçivəsində Ümummilli Liderin şərəfli ömür yoluna və irsinə həsr
edilən çoxsaylı və müxtəlif formatlı fəaliyyətləri özündə ehtiva edən tədbirlər
planını reallaşdırmaqla gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda
yetişdirilməsi işlərinə töhfələr verməkdir.
Qeyd edək
ki, “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihə
çərçivəsində məktəblilərin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu,
onun adı ilə bağlı olan məkanlara ekskursiyası təşkil ediləcək. Ekskursiya
proqramı “Heydər zirvəsi”nə yürüşlə başa çatacaq. Yürüşdə iştirakçı qismində
jurnalistlər, QHT nümayəndələri və digər tanınmış şəxslər iştirak edəcəklər.
Bundan başqa, layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı
məkanlardan çəkilən fotoların müsabiqəsi keçiriləcək.
Xatırladaq
ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli
Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi
elan edib.
Dumanlı Şuşa