Şuşa +10 °C  
Mehriban Əliyevanın ad günüdür

Mehriban Əliyevanın ad günüdür

Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür...

Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının səmimi düşüncələrinin səsi olmağı özümüzə borc bildik...

Çünki təkcə bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanır. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.

Belə olan halda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu bir fərdi adlandırmaq olar.

Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir.