Şuşa +9 °C  
Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailənin köçürülməsi planlaşdırılır

Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailənin köçürülməsi planlaşdırılır

Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailənin köçürülməsi planlaşdırılır.Bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasında deyib.

O bildirib ki, həmin ailələrin köçürülməsi üçün aparılacaq tikinti işləri “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təhvil veriləcək.