Şuşa +8 °C  
Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edildi

Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edildi

Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.

Qeyd edilib ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.