Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış
məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı
nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ
Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben
Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət
edərkən saxlanılıb.
Bu barədə DSX məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin
Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət
orqanlarına təhvil verilib.