Şuşa +9 °C  
Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə həyata keçirilən axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb.

Bunu Respublika Hərbi prokuroru Xanlar Vəliyev rəsmi mətbuata müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülüb və həmin nümunələrdən çıxarılan genetik profillərin aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair suallara aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğu tərəfindən 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.