Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun
Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə
ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək
zərərsizləşdirib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bundan başqa, mürəkkəb
relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə
qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib:
"Qısa müddət ərzində 300 km-dək mövcud
təminat yolları təkmilləşdirilərək bərpa edilib. Mina təmizlənmə işlərində əsas
səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və
infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir".