Cəmiyyətin
və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil
Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 100 illiyi münasibətilə reallaşdırdığı layihənin
icrasını davam etdirir. Bu günlərdə
“Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihə çərçivəsində daha bir tədbir icra olunub. Belə ki, layihə çərçivəsində 100-dən çox məktəblinin Mingəçevirdə yerləşən Azərbaycan İstilik
Elektrik Stansiyasına ekskursiyası təşkil
edilib.
Ekskursiya zamanı şagirdlər stansiyanın fəaliyyəti ilə
yaxından tanış olub, enerjinin alınma prosesini canlı izləyiblər. “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən
şagirdlərə məlumat verilib ki, Cənubi
Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan Azərbaycan İstilik
Elektrik Stansiyası Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib,
stansiyasının birinci bloku 1981-ci ildə
istismara verilib. Məhz bu
elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində
müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyib. Qeyd edilib
ki, hazırda “Azərbaycan” İES ölkənin
elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Stansiyada istehsal
edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq
elektrik verilişi xətləri ilə ötürülür. Yenidənqurma işlərindən sonra
stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa
olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi
və səmərəliliyi təmin olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.
Dumanlı Şuşa