Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının
2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
Bu barədə Gənclər və
İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İslam
Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər
Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il
üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi
ilə bağlı yekdilliklə qərar qəbul edilib.
İƏT Gənclər Forumunun
İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad
Hacıyev və gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak
ediblər.