Şuşa +8 °C  
Şuşada şəhidlərin xatirəsi anıldı

Şuşada şəhidlərin xatirəsi anıldı

27 sentyabr Vətən Müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar Şuşada namaz qılınıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.

“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, - deyə Hacı Şahin paylaşımında bildirib.