Şuşa +18 °C  
“Şuşa ilə bağlı saytın yaradılması ən çox ona görə önəmlidir ki...”

“Şuşa ilə bağlı saytın yaradılması ən çox ona görə önəmlidir ki...”

Qulu Məhərəmli: “Dünya ictimaiyyətini məlumatlandırmağımıza ciddi ehtiyac var”

 

Professor Qulu Məhərrəmli  loveshusha.com saytının  yaradılmasi ilə bağlı fikirlərini moderator.az saytı ilə bölüşüb. Moderator.az-a açıqlama verən Qulu Məhərrəmli bildirib ki: “Belə saytların yaradılması birmənalı şəkildə lazımdır və vacibdir. Çünki axtartış sistemlərində ingilis, rus və ya ərəb dilində “Şuşa” yazılanda daha çox bizim saytların, orada yazılan məlumatların ekrana çıxması, dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə obyektiv şəkildə tanış olması mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, mən Şuşa ilə bağlı saytın yaradılmasını təqdir edirəm.

Yadınızdadırsa, “Virtual Qarabağ” saytı da yaradılmışdı. Orada çox maraqlı məlumatlar var idi. Ilkin dönəmdə də sözügedən sayt çox gözəl işləyirdi. Hesab edirəm ki, özümüz deyib, özümüz eşitməkdəndirsə, o saytlarda müxtəlif dillərdə  - xüsusilə də ingilis, fransız və alman dillərində məlumatların olması vacibdir. Şuşanın və ölkəmizin tarixi ilə bağlı məlumatların yayılması da önəmli nüanslardan biridir.  

Beynəlxalq ictimaiyyəti məlumatlandırmağımız vacibdir. Hansı ki, biz bugünə qədər buna o qədər də əhəmiyyət verməmişik. Bizim üçün təbliğat obyekti bir çox hallarda Türkiyə, qonşu Gürcüstan, Orta Asiya olub. Avropa, hətta ərəb dövlətləri bu problem haqqında xeyli məlumatsızdır. Ona görə də Şuşa ilə bağlı yaradılan saytın həm də ingilis dilində fəaliyyət göstərməsi çox önəmlidir. Mən bu addımı təqdir edir və sayta fəaliyyətində uğurlar arzulayıram”.