Şuşa
şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə,
abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 9
şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən
qiymətləndirilib və komissiyanın qərarı ilə "ARCHİCO" MMC tenderin
qalibi elan olunub. Tender şərtlərinə görə şirkət tərəfindən avtodayanacaqla
birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikiləcək.
Həmçinin
adı çəkilən şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində
istismarına da zəmanət verəcək.
Şuşa
Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki,
Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış
massivinin inşası həyata keçirilir.
Binalar
müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq
tikilməkdədir.