Şuşa +8 °C  
Şuşa ilə bağlı filmin çəkilişləri yekunlaşdı

Şuşa ilə bağlı filmin çəkilişləri yekunlaşdı

“Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin icrası davam edir. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində film çəkilişləri və  şuşalıların işğal zamanı Şuşadan çıxardığı  əşyaların  toplanılması prosesi başa çatıb.  Bu barədə layihə rəhbəri  Lalə Azərtaş məlumat verib.  Onun sözlərinə görə,  “Şuşanın 270” anı adlandırılan filmin çəkilişləri Şuşada və Bakı şəhərində tarxi məkanlarda aparılıb. 44 nəfərlik yaradıcı heyətin ərsəyə gətirdiyi bədii-sənədli film tarixi hadisənin motivləri əsasında çəkilib, filmdə tarixi şəxsyyətlərin obrazları canlandırılıb.  Hazırda film üzərində son tamamlama işləri aparılır. 

Layihə rəhbəri  əlavə edib ki, “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində  toplanılan və Şuşa sakinləri üçün mənəvi dəyəri yüksək olan əşyaların  peşəkar səviyyədə fotoları çəkilib, həmin əşyalar haqqında  azərbaycan, rus və ingilis dillərində məlumatlar hazırlanıb. Əşyaların fotoları və onların həyat hekayələri  layihə çərçivəsində yaradılan https://loveshusha.com/ saytına yerləşdirilir. Bundan başqa həmin məlumatlar və şəkillər üç dildə - azərbaycan, ingilis, və rus dillərində çap olunacaq jurnalda da dərc  ediləcək.