“Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin icrası davam
edir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin
və Medianın İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində
film çəkilişləri və şuşalıların işğal zamanı Şuşadan çıxardığı əşyaların
toplanılması prosesi başa çatıb. Bu barədə layihə rəhbəri Lalə Azərtaş
məlumat verib. Onun sözlərinə görə, “Şuşanın 270” anı adlandırılan
filmin çəkilişləri Şuşada və Bakı şəhərində tarxi məkanlarda aparılıb. 44 nəfərlik
yaradıcı heyətin ərsəyə gətirdiyi bədii-sənədli film tarixi hadisənin motivləri
əsasında çəkilib, filmdə tarixi şəxsyyətlərin obrazları canlandırılıb.
Hazırda film üzərində son tamamlama işləri aparılır.
Layihə rəhbəri əlavə edib ki, “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində
toplanılan və Şuşa sakinləri üçün mənəvi dəyəri yüksək olan əşyaların peşəkar
səviyyədə fotoları çəkilib, həmin əşyalar haqqında azərbaycan, rus və
ingilis dillərində məlumatlar hazırlanıb. Əşyaların fotoları və onların həyat
hekayələri layihə çərçivəsində yaradılan https://loveshusha.com/ saytına
yerləşdirilir. Bundan başqa həmin məlumatlar və şəkillər üç dildə - azərbaycan,
ingilis, və rus dillərində çap olunacaq jurnalda da dərc ediləcək.