Şuşa +10 °C  
Millət vəkilindən “Şuşanın 270 anı” filmi ilə bağlı açıqlama

Millət vəkilindən “Şuşanın 270 anı” filmi ilə bağlı açıqlama

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində film çəkilişləri, o cümlədən şuşalıların işğal zamanı Şuşadan çıxardığı əşyaların toplanılması prosesi başa çatıb. “Şuşanın 270 anı” adlı filmdə Şuşanın tarixi, mədəniyyəti, adətləri ilə bağlı mühüm məlumatlar öz əksini tapıb.

 Moderator.az-a açıqlamasında tariximizin, mədəniyyətimizin təbliği, dünyaya tanıdılması baxımından bu kimi filmlərin mühüm əhəmiyyətə malik olduğunu bildirən millət vəkili Elman Məmmədov, “Şuşanın 270 anı” filmini mühüm hadisə kimi dəyərləndirib:

 “Xalqımızın tarixi, mədəniyyəti, adət-ənənəsi, dəyərləri və s. ilə bağlı aparılan hər bir araşdırma, yazılan hər bir yazı, çəkilən hər bir film mühüm əhəmiyyətə malikdir. Bu barədə irəli sürülən hər bir təşəbbüs son dərəcə lazımlıdır. Çar Rusiyası və sovet dönəmində bu istiqamətdə lazımi miqyasda iş apara bilməmişik. Buna səbəb Azərbaycan xalqına, onun yardıcı nümayəndələrinə qarşı tətbiq edilən məhdudiyyətlər olub. Bu gün isə bizim imkanımız var ki, Azərbaycan həqiqətlərini, tariximiz və mədəniyyətimizlə bağlı hər şeyi dünyaya çatdıraq. Bunun da müxtəlif yolları var ki, bunlardan biri də filmlərdir. Bu baxımdan Şuşa ilə bağlı filmin çəkilməsini alqışlayır, bunu çox gərəkli bir iş hesab edirəm. Hesab edirəm ki, bu istiqamətdəki səylərimizi bundan sonra da davam etdirməliyik”.