Şuşa +17 °C  
30 ilin yol yoldaşı

30 ilin yol yoldaşı

"Üç gün tab gətirə bildik düşmənə. Ailəmi, bir də bu çamadanı götürüb Malıbəylini tərk etməyə məcbur olduq”. 


Rəfael Teymurlu 11 fevral 1992-ci ildə ermənilərin Malıbəyli kəndini işğal etməsini belə xatırlayır: 

“Erməni silahlıları Sovet Ordusunun 366-cı alayının canlı qüvvəsi və texnikasının köməyi ilə kəndə hücum etdilər. Bizdə isə yalnız avtomat vardı. Qeyri-bərabər döyüşdə geri çəkilməli olduq və kənddən çıxdıq. Uşaqların paltarı olan bu çamadanı da götürdük kənddən çıxanda.


O vaxtdan harada yaşayırıqsa, bu çamadanı da özümüzlə aparırıq. İndi səbirsizliklə 30 ildən sonra yenə bu çamadanla – yol yoldaşımla kəndimizə qayıdacağım günü gözləyirəm.