Şuşa +11 °C  
"Nənəmin, anamın qoxusunu bu kəlağayıdan alıram"

"Nənəmin, anamın qoxusunu bu kəlağayıdan alıram"

Nəsibə Eyvazova  - Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyinin direktoru

Şuşanı tərk edəndə götürdüyüm ən qiymətli əşya bu kəlağayıdır. Çünki nənəmdən, anamdan yadigardır. Bu kəlağayı təkcə mənə Şuşanı deyil, nənəmi, anamı da xatırladır. Təxminən 1950-ci ilin kəlağayısıdır. Nənəm Qəmzə xanım Əliyeva  Şuşada dünyasını dəyişəndə anam Narıngül xanım İsmayılova anasının yadigarı kimi saxladı. Bəzən də istifadə edirdi. Anam dünyasını dəyişəndən sonra mən götürdüm. Nənəmdən sonra bu kəlağayı yuyulmayıb. Nə anam yudu, nə də mən. Onların qoxusunu bu kəlağayıdan alıram. Həm Şuşadan, həm də onlardan əziz xatirədir. Bu illər ərzində, Şuşasız illərimdə mənə həmdəm oldu bu kəlağayı...