Şuşa +7 °C  
“Şuşa bahadırları”nın afişası

“Şuşa bahadırları”nın afişası

30 il Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri işləmiş Zahid Abbasovun Şuşadan çıxardığı mənəvi dəyəri yüksək olan əşyalar sırasında bir afişa da var. “Şuşa bahadırları”nın çıxışı ilə bağlı afişa:

“Şuşa bahadırları” xalq kollektivi idi. Tarixən Şuşada pəhləvanlar çox olub. Bu pəhləvanlardan biri də Azərbaycanın məşhur, tanınmış pəhləvanı Qaçay Hüseynov idi.






Şuşa Rayon  Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən “Şuşa bahadırları” kollektivinə Qaçay Hüseynov rəhbərlik edirdi. Respublikamızı qarış-qarış gəzərək el sənətini ustalıqla nümayiş etdirib. Pəhləvanın övladları da qeyri-adi gücə malik olublar. Oğulları Təvəkkül və Allahverdi Hüseynovlar da ataları ilə bərabər bu ənənəni davam etdiriblər.

Onların Şuşada ilk çıxışları olmalıydı, hazırlaşmışdılar. Amma Şuşa işğal olunduğundan həmin tədbir baş tutmadı. Bu afişa da həmin tədbirin idi. İndi Qaçay pəhləvanın oğulları və nəvələri bu ənənəni davam etdirirlər. Biz “Şuşa bahadırları”nı  ləğv etməmişik. Bu günə kimi də saxlamışıq yaradıcı kollektiv kimi. İnşallah Şuşaya qayıdandan sonra ilk fəaliyyətə başlayanlardan biri də pəhləvanlarımız olacaq”.