Şuşa +18 °C  
Müqəddəs kitabla bağlı müqəddəs arzu

Müqəddəs kitabla bağlı müqəddəs arzu

XIX əsrdən qalıb bu Quran kitabı.



Malıbəyli kənd musiqi məktəbinin müəllimi Amalya Qasımova deyir ki, Şuşanı tərk edəndə çox əşya götürmək istəyiblər, amma ermənilərin hücumları imkan verməyib. Elə canlarını götürüb çıxıblar. “Buna baxmayaraq,  Quran kitabını orda qoya bilməzdik” - deyir həmsöhbətimiz:  “Həyat yoldaşım Bəhram Abbasov bibiləri ilə kəndi tərk edən zaman Quranı da götürmüşdü.  Quran həyat yoldaşımın babasından, babasına isə öz atasından yadigar qalıb. Müqəddəs kitabın cildi dəridən hazırlanıb”. 



Kitabı sovet dövrünün repressiyasından qoruyan ailə bu dəfə də onu erməni vandallarının əlinə keçməyə qoymayıb. İndi Amalya xanımın ən böyük arzusu tarixi və mənəvi dəyəri olan bu kitabı Şuşaya qaytarmaqdır.