Yadigar Muradov üçün Şuşadan gətirdiyi sazın yeri başqadır. Deyir ki, bu sazı 1980-ci illərdə Kəlbəcərdən olan tələbəsi Ələsgər hədiyyə edib. Saz usta Süleyman tərəfindən bağlanıb. Şuşasız illərdə də Yadigar Muradov bütün çəkilişlərdə sazı əlindən yerə qoymayıb. Hətta Səid Rüstəmovun “Durna” operettasında aşıq Murad rolunu oynayanda sazdan istifadə edib. Sənətkar indi həmin sazla Şuşada nümayiş olunacaq tamaşalardan birində rol ifa etmək istəyir.