Şuşa +7 °C  
QANUN LAYİHƏSİ ŞUŞADA MÜZAKİRƏ EDİLDİ

QANUN LAYİHƏSİ ŞUŞADA MÜZAKİRƏ EDİLDİ

Oktyabrın 31-də Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra gündəlik açıqlanıb.  Elm və təhsil komitəsinin sədri  iclasın müzakirəsinə “Ali təhsil haqqında” qanun layihəsinin və “İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər” mövzusunun daxil edildiyini bildirib.  Bəxtiyar Əliyev 12 fəsil 55 maddədən ibarət qanun layihəsinin istiqamətləri, prinsipləri barədə danışıb, sənəddə əks olunan ali təhsilin dövlət standartları, keyfiyyət təminatları, mərhələləri və digər məsələlər barədə ətraflı izahat verib.  Komitələrin birgə iclasının ikinci məsələsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirəyə təqdim edib. O, Azərbaycan xalqına məxsus tarixi və dini abidələrə, mədəni irsə qarşı Ermənistanın yürütdüyü vandalizm siyasətindən bəhs edib. Bildirib ki, Ermənistanın torpaqlarımızı 30 illik işğalda saxladığı dövrdə bu vandalizm heç bir sərhəd tanımayıb.     Sonda  “Ali təhsil haqqında” qanun layihəsi irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla Elm və təhsil komitəsinin iclasında baxılmağa məqbul sayılıb.