Şuşa +16 °C  
Ən uzun qastrol, yaxud 28 ilin afişası

Ən uzun qastrol, yaxud 28 ilin afişası

Şuşa Dövlət Musiqili Dram Teatrının ilk afişası. Teatrın direktoru Yadigar Muradov Şuşadan çıxanda götürdüyü əşyalar içərisində ilk olaraq bu afişanı təqdim edir.  Afişa Şuşada nümayiş etdiriləcək “Arşın mal alan” operettasının idi: “Afişamız hazır olsa da, səhnəyə çıxa bilmədik. Qarabağda vəziyyətin gərginləşməsi, Şuşa döyüşlərində şəhidlərin olması və sonra da şəhərin işğalı buna imkan vermədi”.  Şuşa  Dövlət  Musiqili  Dram Teatrı da köçkün düşdü. Doğma yurd-yuvadan ayrı qalan teatr yalnız 1993-cü il fevral ayının 13-də ilk açılışını Bakıda edib, həm də   “Arşın mal alan”la. Nəhayət, 28 illik həsrətdən sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyor və aktrisaları 2022-ci il aprelin 19-da Şuşada teatr binasının dağıntıları qarşısında “Arşın mal alan”dan bir parça oynayıblar. 2022-ci il iyunun 29-da isə Şuşada “Sərgüzəşti - vəziri – xani -  Lənkəran” tam şəkildə səhnələşdirilib.

Bununla da Şuşa Dövlət Musiqili Dram Teatrının ən uzun qastrolu  başa çatıb.