Şuşa +9 °C  
Hədiyyə heykəl

Hədiyyə heykəl

Heykəl də olsa, canlı kimi əzizləyir. Deyir ki, 25 yaşı olanda dostları hədiyyə edib. Şuşa Rayon Mədəniyyət Şöbəsinin sabiq rəhbəri Zahid Abbasov doğma şəhərini tərk edəndə bu ceyran heykəlini də orda qalmağa qoymayıb: “Heykəl təmiz misdən hazırlanıb, əl işidir. Düzəldən azərbaycanlı ustadır. Çox təəssüf ki, o vaxt soruşmadım ki, kimin əl işidir. 1982-ci ildən etibarən yanımda olub. Şuşanı tərk edəndə də özümlə apardığım əşyalardan biri məhz bu ceyran olub”.