Şuşa +16 °C  
“Oxu tar...”

“Oxu tar...”

Rasəf Mehdiyev Şuşadan məcburi köçkün düşəndə 10 yaşı olub. Musiqi məktəbinin tar bölməsində təhsil alırmış. Atası onun üçün 1991-ci ildə Şuşadakı Şərq Milli Musiqi Alətləri Fabrikində tar düzəltdiribmiş.

Şuşada vəziyyət gərginləşəndə 10 yaşlı Rasəf ailəsi ilə birgə şəhəri tərk edib: “Birinci tarı götürdüm. Atam dedi ki, qaçaqaçdı, indi tar vaxtıdır?  Başqa əşya götür”. Amma israr edib, tarı götürdüm.

O gündən bu tarı qoruyuram. Qohumlarım məndən  istədilər, vermədim və arzu etdim ki, gələcəkdə oğlum olsun, ona əmanət edim. Şükürlər olsun ki, bu gün çox xoşbəxtəm. 11 yaşlı oğlum  Asəf musiqi məktəbində təhsil alır və bu tarda ifa edir”. “Tarımız yaşayırsa, musiqimiz də yaşayır” - deyir Rasəf Mehdiyev: “10 yaşım olanda mən Şuşadan didərgin düşdüm.

Oğlum Asifin 10 yaşında isə Şuşa işğaldan azad olundu. İndi arzum odur ki, oğlum bu tarla Şuşada ifa etsin. Tarın dili yoxdur, amma insanlar sözlərini musiqi ilə çatdırırlar. Bu tar da həvəslə Şuşaya qayıtmaq istəyir”.