Şuşa +12 °C  
Aktyor fədakarlığı

Aktyor fədakarlığı

Şuşa işğal olunanda teatra aid geyim, rekvizitləri çıxarmaq mümkün olmayıb. Teatrın direktoru Yadigar Muradov deyir ki,  geyim, qılınc, kitab, xəncər və s. tamaşanın ərsəyə gəlməsində əsas rol oynayır: “1990-cı illərdə Şuşa Dövlət Musiqili Dram Teatrı isə bütün bunlardan məhrum idi. Çünki işğal dövründə teatrın bütün geyim və əşyaları Şuşada qalmışdı. Gördüyünüz bu geyimləri teatrın aktyorları və digər işçi heyəti hədiyyə edib. Onlar evlərində saxladıqları bu geyimləri Şuşadan çıxanda özləri ilə götürüblər. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları uzun müddət bu geyimlərdə səhnəyə çıxaraq tamaşalar nümayiş etdiriblər”.