2023-cü ilin döyüş
hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi
təlim keçirilir.Bu barədə MN məlumat yayıb.
Xəbərə görə, ssenariyə uyğun olaraq təyin olunmuş marşrut üzrə hərəkət edən
komandolar təxribat törətməyə cəhd edən şərti düşmənin diversiya qrupunun
zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Komandolar əməliyyat rayonunun dərinliyinə sızmaqla düşmənin müvəqqəti
sığınacaqlarını müəyyən ediblər. Mühasirəyə alınan şərti düşmənin təxribatının
qarşısının alınması üzrə fəaliyyətlər uğurla icra edilib.
Keçirilən təlimdə əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin
təkmilləşdirilməsi, atıcı silahlardan istifadə bacarıqlarının artırılması,
eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da
yüksəldilməsidir.