Xəzər rayonu İftixar
Tağıyev adına 26 nömrəli tam orta məktəbdə "Şuşanın 270 anı"adlı
filmin təqdimatı keçirilib. Təqdimatda “Cəmiyyətin və Medianın inkişafı”
İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış jurnalist Lalə Azərtaş, şəhid Nicat
Orucovun anası Şəhla Babayeva, şəhid Hakim Bəşirovun həyat yoldaşı Təranə
Bəşirova və onun 5 yaşlı oğlu Renat qonaq qismində iştirak ediblər. Tədbirdən
öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb, daha sonra
filmə baxış keçirilib. Tədbiri açıq elan edən 26 nömrəli məktəbin
direktoru Yaqut Məmmədova tariximizlə bağlı filmlərin ümumtəhsil məktəblərində
yayımlanmasını və şagirdlərin bu yöndə tərbiyə olunmasının vacibliyini diqqətə
çatdırıb. Daha sonra çıxış edən layihə rəhbəri Lalə Azərtaş 44 günlük Vətən
müharibəsindən, igid ordumuzun şücaətindən danışıb. Qeyd edək ki,
film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq,
tanıdaq!”layihəsi çərçivəsində çəkilib.