Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı
qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden
yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri
Şuşa - Laçın yolunda aksiyanı davam etdirir. Aksiya iştirakçıları
tələbləri yerinə yetirilməyənə, yəni Rusiya sülhməramlı qüvvələrinin komandanı
general-mayor Andrey Volkov əraziyə gəlməyənə qədər etirazlarını davam etdirəcəklərini
bildirirlər.
Qeyd edək ki, aksiya iştirakçıları səhər saatlarına kimi şüarlar səsləndiriblər.
Dumanlı Şuşa