2022-ci il dekabrın
31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz
şəkildə hərəkət edib.
Etirazların ilk günündə
olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə
şərait yaradılıb.
Belə ki, həm minik, həm
də yük maşınları Xankəndi-Laçın yolunun hər iki istiqamətinə keçid ediblər.
Onu da qeyd edək ki,
indiyədək Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus
avtomobillərin içərisində erməni ailələr də olub. Həmin maşınlar geri qayıdanda
isə nəqliyyat vasitələrinin yük yerində dərman preparatları və uşaq qidaları
Xankəndi istiqamətinə aparılıb.
Bu, bir daha onu sübut
edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün
açıqdır.
Xatırladaq ki, Şuşa
ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində
etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də
və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin
nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı
yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla
bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi
ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən başlayan etiraz aksiyası 37 gündür davam edir.
Dumanlı Şuşa