Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda
görüş təklif edilir.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası məlumat yayıb.
"Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın
13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin
nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin
icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı
şəhərində görüşün keçirilməsini bir daha təklif edir", - deyə məlumatda
qeyd olunub.