Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə
bağlı məlumat yayıb
ANAMA-dan verilən
məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa,
Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı
piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat
aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 1126 hektar ərazi mina və
partlamamış hərbi sursatlardan təmizlənib.