Ermənistandan
tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.
Bu barədə Azərbaycan Prezidentinin
köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.
Prezidentin
köməkçisi əlavə edib ki, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan
insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin
Qarabağa daxil olması təmin edilib.