Azərbaycan Ordusunun antiterror tədbirləri
zamanı şəhid olan hərbçimiz Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, şəhidimiz onlara Nərgiz və
Nazlı adlarının qoyulmasını istəyirdi. Bununla şəhidimizin özündən sonra 4
övladı yadigar qalıb.
Qeyd edək ki, Səbuhi Əliyev 44 günlük Vətən
müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” medalı ilə təltif
olunub və bir həftə öncə Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli
antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.